FedEx şirkətinin Azərbaycanda nümayəndəsi. Beynəlxalq və ölkədaxili çatdırılma.
“Azeri Express” şirkətinin rəsmi veb səhifəsinə xoş gəlmişsiniz. Mənim adım Şaiq Qəribzadədir, mən “Azeri Express” şirkətinin icraçı direktoruyam. 2024-ci il ərzində 15,000-dən çox fərdi şəxs və 1000-dən artıq şirkət bizim xidmətlərdən istifadə edərək 1,200,000-dən artıq məktub və bağlama göndərib. Mən və şirkətimizin 200-dən çox əməkdaşı Sizləri müştərilərimiz arasında görməyə şad olarıq
Anar Qəribov tərəfindən Bakıda təsis edilmiş Məhdud Məsuliyyətli kuryer xidmətləri və nəqliyyat şirkətiyik.
"ASE Express"-in rəsmi təmsilçisi olmuşuq.
"TNT" nin Azərbaycanda rəsmi tərəfdaşıyıq.
Ölkədaxili çatdırılmaları həyata keçiririk.
Dünyanın ən böyük poçt şirkəti olan FedEx şirkətinin Azərbaycanda yeganə nümayəndəliyiyik.
Noyabr ayında “Azeri Express” şirkəti İsveçrənin “SGS” şirkəti tərəfindən “İSO 9001-2015”" Keyfiyyət İdarəetmə Sistemi", standartına layiq görülüb.
Sumqayıt, Zaqatala, İmişli, Lənkəran və Gəncə şəhərlərində ofislərimiz açılıb.
Xidmətlərimizin keyfiyyətini daha da artırmaq məqsədilə ölkədaxili və beynəlxalq xidmətləri ayıraraq, Azeri Express-ə əlavə olaraq, Azeri Express Services şirkətini yaratdıq.
"Oba" Marketlər Şəbəkəsi ilə birgə poçt məntəqələri layihəsinə start vermişik
Şüvəlan, Buzovna, Suraxanı, Mingəçevir, Quba, Şəki, Xırdalan və Lökbatan şəhər və qəsəbələrində ofislərimiz açılıb.
Naxçivan, Bəlakan, Masallı, Səlyan, Biləcəri, Qusar və Yevlaxda ofislərimizi açaraq, ümumi ofis sayımızı 21 çatdırdıq.
iOS və Android üçün proqramımızı yükləyin. Telefon nömrənizi yazın və pulsuz yükləmə linkini əldə edin.
Heç bir ödəniş yoxdur. SMS pulsuzdur.